Ötən gecə Türkiyə millisinin səfərdə İslandiyanı 4:2 hesabı ilə məğlub etdiyi UEFA Millətlər matçında ekranlara çıxan və meydan kənarındakı reklam bannerlərində görünən qanunsuz mərc saytı reklamları böyük səs-küyə səbəb olub.
Demokrat.az xəbər verir ki, tamaşaçıların sərt reaksiyasından sonra TV8-də matçın diktoru Alp Özgen matç zamanı tez-tez belə deyib:
"Meydançanın kənarındakı reklam lövhələri ilə bağlı bütün ixtiyar İslandiya Futbol Federasiyasına məxsusdur. Məsələnin TFF və TV8-də heç bir dəxli yoxdur".
"CNN Türk"ün İstanbul xəbər direktoru Nihat Uludağ isə canlı yayımında məsələ ilə bağlı açıqlamalar verib:
"Axşam saatlarında oyunu hər kəs məmnuniyyətlə izlədi, amma maraqlı bir şeylə qarşılaşdıq. Gördük ki, Türkiyədə qadağan olunmuş bir qumar saytının daim reklamları gedir. Açığı, bu bizi çox təəccübləndirdi. Çünki biz həmişə nə deyirik: Qumar saytları Türkiyənin cibindən 10-50 milyard dollar oğurlayaraq, böyük iqtisadi güc qazanıb. Biz deyirdik ki, bu iqtisadi gücə sahib olan qumar saytları o maliyyə gücü ilə tədricən həyatın hər sahəsini ələ keçirəcək. Bütün son matçlara baxın, indi qumar saytları xaricdə oynanan matçlarda ya rəqibin formalarında, ya da stadionlarda reklam edilir. Beləliklə, qumar saytlarının reklamı milli matçlarla milyonlarla insanın evinə girir".
Onun sözlərinə görə, qanunsuz mərc oyunları terrorizmi maliyyələşdirmək üçün istifadə olunur:
"Qeyri-qanuni mərclərə göndərdiyiniz pul sizi cinayətkar edə bilər. Bundan əlavə, qanunsuz mərc oyunları və qumar oyunları cinayətdir. Yəni onun Türkiyədə günahkar olması, cinayət törətməsi, terroru maliyyələşdirmək üçün istifadə edilməsi Türkiyə məhkəmələri tərəfindən qeydə alınıb. Cinayətlər aşkarlanıb və qadağan edilib, lakin sistemdəki boşluqdan istifadə edən bu qumar saytları bu dəfə də İslandiya Federasiyasından, UEFA-dan və futbol komandalarından hansısa şəkildə yan keçməklə öz fəaliyyətlərini davam etdirirlər. Bu yer çox təhlükəlidir, qarşısını almaq çox vacibdir".
Matçın yayımlandığı TV8-in sahibi olan Acun Ilıcalı da İslandiya - Türkiyə oyunundan sonra sahibi olduğu kanaldakı reklamlarla bağlı açıqlama verib. Acun Ilıcalı açıqlamasında bunları deyib:
"Əvvəlcə milli komandamızı təbrik edirəm. Bilbordlarla bağlı konkret cavab verim: LED ekranlar İslandiya Federasiyasına məxsusdur, onların bizimlə heç bir əlaqəsi yoxdur. Bunu bilərəkdən manipulyasiya edənlərə deyim ki, viz heç bir müqavilə bağlamamışıq, pulun yarısını da almamışıq"
Jalə
Demokrat.az