Uşaqları havaya çıxarmayın... — Həkimdən AÇIQLAMA

GÜNDƏM 14 oktyabr 2024, 16:01
Təmiz hava qəbul etmək hamı üçün vacibdir. Xüsusən körpə və azyaşlı uşaqlar təmiz havada daha çox vaxt keçirməlidirlər. İlin isti aylarında, günəşli havalarda, xüsusən də səhər saatlarında açıq havada uşaqların vaxt keçirməsi orqanizmin D vitamini ehtiyacını ödəyir. Artıq havalar soyuyur, qarşıda küləkli, yağışlı günlər gəlir. Bəzi valideynlər soyuq havalarda uşaqları çölə çıxarmağa ehtiyat edirlər, xüsusən də körpələrin xəstələnəcəyini düşünürlər. 

Pediatr Qoşqar İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, uşaqların sağlamlığı üçün təmiz hava mütləqdir:

 “Əgər hava dəyişkəndirsə, həftə ərzində bir gün günəşli, bir gün küləkli hava müşahidə olunursa, uşaqları çölə çıxarmaq tövsiyə olunmur. Amma hava sabit keçirsə, soyuq da olsa, eyni temperaturdursa, bu halda təbii ki, uşaqları günün müəyyən saatlarında çölə çıxarmaq olar. Uşaq xəstə deyilsə, havaya uyğun geyindirib təmiz hava almasını təmin etmək lazımdır. Qapalı məkanlara uşağı aparmaq tövsiyə edilmir, parkda gəzdirmək sağlamlıq baxımından xeyirlidir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
Top