Erməni əsilli türkiyəli iqtisadçı Nobel Mükafatı aldı

DÜNYA 14 oktyabr 2024, 15:10
2024-cü il iqtisadiyyat üzrə Nobel mükafatı laureatları məlum olub.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə Nobel Komitəsinin rəsmi sosial media hesablarında məlumat dərc olunub.

Komitə oktyabrın 14-də alimlər Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinsonun iqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldüklərini elan edib.

Onlar xalqların sərvətindəki fərqlərin səbəblərinə dair araşdırmalarına görə bu mükafata görə layiq görülüblər.

Qeyd edək ki, Daron Əcəmoğlu 1967-ci ildə İstanbulda anadan olub. O, 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir. 

Daron Əcəmoğlu Türkiyədə millət vəkili və dövlət naziri olmuş İsmail Özdağların qızı Asuman Özdağlar ilə evlidir və onların Arda və Aras adlı iki oğlu var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top