Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Torpaq icarəsi haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklər müzakirə olunub. Qanun layihəsinə əsasən işğaldan azad edilmiş ərazilərdəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Bundan başqa Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, yeni torpaq sahələrinin istifadəyə verilməsi əkinçiliyə və heyvandarlığa müsbət təsir edəcək:
“Bu, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına gətirib çıxaracaq. İşğaldan azad edilən ərazilərdə bir neçə il idi ki, mina təhlükəsizliyi məsələsi problemə çevrilmişdi. Bu problem həll edildikcə, təhlükəsizlik təmin olunduqca aqrar təyinatlı torpaqların istifadəyə verilməsi ön plana çıxır. Torpaqların sahibkarlara icarəyə verilməsi əkinçilik, bağçılıq, bostançıq, maldarlıqla məşğul olmaq üçün geniş imkanlar açacaq. Bu torpaqların sahibi hazırda dövlətdir, amma dövlət kənd təsərrüfatı ilə məşğul olan deyil orada. Kənd təsərrüfatı sektorunun çoxu özəlləşdirilib, torpaqlar sahibkarlara icarəyə verilməlidir ki, kənd təsərrüfatı fəaliyyətini təmin etmək mümkün olsun”.
Törə Zeynallı
Demokrat.az