İsrail Qəzzada xəstəxananı vurdu

DÜNYA 14 oktyabr 2024, 09:49
Ərəb mediası İsrailin Qəzza zolağının Deyr əl-Bəlah şəhərindəki xəstəxanaya endirdiyi zərbə nəticəsində 4 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını bildirib.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, xəstəxanada HƏMAS-ın komanda mərkəzi yerləşirdi.

İsrail mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər gördüyünü bildirib.

Al Mayadeen TV-nin məlumatına görə, İsrailin endirdiyi zərbələr yanğına səbəb olub. Nəticədə 30-dan çox fələstinlinin qaldığı çadır məhv olub. 

Qeyd edilib ki, çoxlu sayda yaralı var və onların vəziyyəti olduqca ağırdır. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top