Cəlilabadda gəlin maşını qəzaya düşüb — Xəsarət alan var (FOTO)

HADİSƏ 12 oktyabr 2024, 18:11

Cəlilabad rayonunda xəsarətlə nəticələnən qəza baş verib.

"Report"un məlumatına görə, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, gəlin maşını olan BMW markalı minik avtomobili VAZ-21015-lə toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 oktyabr 2024, 21:28
12 oktyabr 2024, 21:09
12 oktyabr 2024, 20:22
Top