Tələbələrin qidası necə olmalıdır? — Tövsiyə

GÜNDƏM 08 oktyabr 2024, 20:30
Sağlamlığının qeydinə qalan hər bir kəs qidalanmaya önəm verməlidir. Qidalanma, yediyimiz yeməklər həm bədənimizə, həm zehnimizə təsir edir. Sağlam qidalanma xüsusilə də uşaqlar və gənclər üçün vacibdir. Gənc əhalinin bir hissəsini də tələbələr təşkil edir. Tələbələr arasında kirayə qalanlar kifayət qədərdir. Məlumdur ki, həm şərait, həm də maddiyyat cəhətdən kirayə qalan tələbələr yaxşı qidalana bilmirlər. Bunu onlarda zəifliyə, diqqətsizliyə, stresin artmasına səbəb olur. 

Qida mütəxəssisi Ağa Salamov Demokrat.az-a açıqlamasında deyib ki, hər kəs öz sahəsində gənclərə dəstək olmalıdır:

“Universitetlərin bufetlərində, ətrafındakı iaşə obyektlərində qazlı içkilərə, fast food qidalara çox rast gəlirik. Tələbələr də həm vaxta, həm də büdcələrinə görə belə qidalara üstünlük verirlər. Bu, sağlamlıq baxımından düzgün deyil. Tələbələr sağlamlıqlarının qeydinə qalmalıdırlar. Qazlı içki, dönər əvəzinə şorbalar, meyvə və tərəvəzlər yemək olar. Hər şeyin orqanik olanını qəbul etmək lazımdır. Saf su içmək faydalıdır. Universitetin yeməkxanalarında ət, toyuq yeməklərinə üstünlük vermək lazımdır. Universitet yeməkxanalarında fast food-ların olması yaxşı hal deyil, çətin hazırlanan yeməklərə menyuda yer verilməlidir. Qarnir olaraq düyü, makaron, qarabaşaq yanında ət, toyuq, balıq, qiymə verilə bilər. Ayaqüstü yeməklərdən uzaq olmaqda fayda var. Tələbə dərslərini yaxşı oxumaya, kəsilə bilər, amma yediyi yeməklərə, sağlamlığına fikir verməlidir ki, gələcəyi də sağlam olsun”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top