Nigar Camal Röya Ayxanla barışmasından danışdı

ŞOU-BİZNES 07 oktyabr 2024, 12:03
Avroviziya qalibimiz Nigar Camal Xalq artisti Röya Ayxanla illər sonra barışmasından danışıb.

Demokrat.az xəbər verir ki, bu barədə Nigar ARB TV-də yayımlanan “Pərvizə görə” verilişində açıqlama verib.

Nigar estrada ulduzu ilə ADA Universitetində baş tutan yarışmada jüri olmasından da söz açıb:

“Düşünməzdim ki, belə maraqlı alına bilər. Mənə də xoş idi. İllər sonra maraqlı görüş oldu. Məndə göstəriş üçün barışmaq yoxdur. Ya barışıram, ya barışmıram. Həyatımı öz istədiyim kimi yaşayıram. Düz olduğunu düşünürəmsə, edəcəm. Səhvdirsə, etməyəcəm. Münasibətlərimiz istidir. Demirəm, tez-tez görüşürük, rastlaşırıq. Amma salam-sağolumuz var”.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
Top