Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbir təşkil olunub. Tədbirdə çıxış edən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "yaşıl" təhsil sisteminin ibtidai siniflərdən tədrisinin vacibliyinə toxunub. Nazir qeyd edib ki, bu məsələdə universitetlərin birgə fəaliyyəti də önəmlidir: " Hesabata əsasən, iqlim dəyişikliyi ilə bağlı uşaqlar kiçik yaşlarda informasiya ala bilmirlər. Ona görə bu sahədə fəaliyyətin gücləndirilməsi vacibdir", - deyən M.Babayev bu gün gənclərin iqlim maarifləndirilməsi ilə bağlı fəaliyyətində özlərini doğrultduqlarını vurğulayıb.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında bildirib ki, məktəb yaşlarından başlayaraq uşaqların ekoloji maarifləndirilməsi üçün işlər aparılmalıdır:
“Cəmiyyətin ekoloji maarifləndirilməsinə ciddi ehtiyac var. Bəzən hətta yaşlı və orta nəslin nümayəndələrinin də ətraf mühitə qarşı laqeyd münasibətinin şahidi oluruq. Çox yaxşı haldır ki, Bakı İqlim Həftəsində uşaqların bu mövzularda maarifləndirilməsi, məktəblərdə “yaşıl” təsil sisteminə keçidin vacibliyi vurğulanıb. Təəssüf ki, bu gün ailələrdə ekoloji mövzularda söhbətlərə, maarifləndirilməyə yer verilmir. Valideyn evində övladını bu istiqamətdə tərbiyələndirmirsə, öz hərəkətləri ilə ona müsbət örnək olmursa, bu barədə düşünməliyik. Ekologiyaya münasibəti bu gün iş adamlarından da görürük. Ağacların kəsilməsi, ətrafın çirkləndirilməsi, tullantıların su hövzələrinə axıdılması ekologiyaya zərər verir”.
İ.Orucov Azərbaycan cəmiyyətinə ekoloji mədəniyyətin aşılanmasının vacib olduğunu hesab edir:
“Düşünürəm ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi cəmiyyətimizə müsbət yeniliklər gətirəcək, milli burjuaziyamız maariflənərək ekoloji mövzulara həssaslıqla yanaşacaq. Məktəblərdə də ekoloji maarifləndirmənin aparılması mühümdür. Uşaqlar dərk etməlidirdilər ki, onlar təbiətin bir parçasıdırlar, onu qorumalıdırlar. Ekologiyanı qorumaq təkcə flora və faunanı qorumaq demək deyil, həm də insanları qorumaqdır. Çünki təbiətdə baş erən hər bir proses bütün canlılara, o cümlədən insanlara da təsir edir. İnsan təbiətdən qidalanır, nəfəs alır, yaşayır”.
Ekspert yaşıl dünya naminə insanların birləşməli olduğunu, ekologiyaya, iqlimə təhdid yaradan problemlərlə birlikdə mübarizə aparmalı olduğunu qeyd edib:
“Yeni baxış, yeni yanaşmalar formalaşdırılmalıdır. Bu gün bunun üçün sivil yanaşmalar var, ölkə rəhbərliyi səviyyəsində bu sahədə ciddi işlər görülür, cənab Prezident İlham Əliyev yeni, müasir çağırışlar ortaya qoyur. Düşünürəm ki, bu yanaşmaların tətbiqi sağlam gələcəyin qurulması və gəncliyin yetişməsində mühüm rol oynayacaq”.
Törə Zeynallı
Demokrat.az