Bakıda dünya prokurorlarının iclası keçirilir — FOTOLAR

SİYASƏT 28 sentyabr 2024, 12:59

Bu gün Heydər Əliyev Mərkəzində Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər qurumu olan İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir.

Demokrat.az xəbər verir ki, iclasda açılış nitqi ilə baş prokuror Kamran Əliyev çıxış edib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, prokurorluq orqanlarının xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlığı davam etdirilir.

Bunun nəticəsidir ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabrında baş tutan İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr - 2 oktyabr tarixlərində Bakıda keçiriləcək.

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top