Nadir Qafarzadə bunu heç kəsə həvalə etmir: Kiməsə 500 manat versəm...“ — VİDEO

ŞOU-BİZNES 28 sentyabr 2024, 11:58
Müğənni Nadir Qafarzadə evə bazarlığını özünün etdiyini açıqlayıb.

Demokrat.az
Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə o, “Həmin Zaur” verilişində danışıb.

Sənətçi bildirib ki, nə istədiyini və nə alacağını özündən yaxşı heç kim bilmir. Ona görə də bazarlığı heç kəsə həvalə etmir: 

“Mənim nə yediyimi başqası bilmir. Kiməsə 500 manat versəm ki, get, mənim üçün bazarlıq et, gedib öz bildiyini alacaq. Ona görə də bazarlığı heç kəsə həvalə etmirəm, özüm gedirəm və bundan da zövq alıram. Həm də bazar işçiləri ilə söhbət etmək, onların hal-əhvalını soruşmaq adama zövq verir. İşçilər məni görəndə deyirlər, filan şey var, Nadir bəy, alın, bunu da dadın və s. Bu, o qədər xoşdur ki...”
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top