Göz rəngi dəyişmə əməliyyatı insanların öz istək və arzularına bağlı bir prosesdir. İnsan necə düşünürsə, düşüncəsinə uyğun da hərkət edir.
Bu sözləri Demokrat.az-a açıqlamasında oftalmoloq-retinoloq, lazer cərrahiyyəsi üzrə mütəxəssis Xalid Əliyev deyib. O bildirib ki, məsələnin tibbi cəhətləri isə tamamilə başqadır:
“Son dövrlər efirlərdə də çox reklam olunan göz rənginin dəyişdirilməsi əməliyyatı artıq dəb halı alıb. Bu əməliyyatın mahiyyəti ondan ibarətdir ki, burada gözün buynuz qişası və qatları arasında xüsusi boyayıcı maddə yeridilir və buna keratopiqmitasiya deyilir. Həmin buynuz qişanın rəngi süni olaraq dəyişdirilir. Bu əməliyyatlar yeni əməliyyat növü sayılmır. Bu 15-20 il bundan öncə gözün gözün müəyyən patalogiyasında aprılan əməliyyatlardan biri olub. Amma son dövrlərdə artıq estetik əməliyyatların artan vüsəti altında bu əməliyyatı da estetik edəcəklərini düşünərək bunu dəb halına gətiriblər. Bu əməliyyatı etmək istəyənlərin sayı da az deyil. Baxmayaraq ki, bu əməliyyatın gələcəkdə onların göz sağlamlığına təsir edəcək fəsadları ilə bağlı onlara məlumat verilib, amma hələki bu prosesin qarşısını almaq mümkün deyil. Əlbəttə ki, bu əməliyyatların sağlam gözlər üçün bir çox fəsadları var. İlk növbədə həmin perparatın toksiki təsirə malik olmasıdır. Gözə infeksiyanın düşmə təhlükəsinin olması daha çox olması, qlaukoma və katarakta kimi patalogiyalar zamanı gözdə aparılması vacib ola biləcək əməliyyatların çətinliyi və mümkünsüzlüyünün olması kimi , hansı kimi xəstənin gözlərinim görmə qabiliyyətini itirməsi ilə nəticələnə bilər”.
Mehriban Mirzəzadə
Demokrat.az