Azərbaycan XİN İrana başsağlığı verdi

XARİCİ SİYASƏT 22 sentyabr 2024, 15:09
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın Cənubi Xorasan əyalətindəki Təbas kömür mədənində partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı verib.

Demokrat.az xəbər verir ki, bu barədə XİN-nin X sosial şəbəkəsində paylaşım edilib.

“Xorasan əyalətindəki kömür mədənində baş vermiş partlayışla bağlı İran xalqına və hökumətinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını və bu faciəli hadisənin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edirik”- deyə paylaşımda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top