Avropa Komissiyasının sədri Kiyevə gəldi

DÜNYA 20 sentyabr 2024, 10:28
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu gün Kiyevə gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə AK prezidenti X şəbəkəsində məlumat verib.

"Mənim Kiyevə 8-ci səfərimdir və istilik mövsümünün başlamasına az qalıb. Rusiya isə enerji infrastrukturunu hədəf almağa davam edir", - Leyenb deyib və Kiyevin mərkəzi dəmir yolu vağzalının platformasından bir fotoşəkil yayımlayıb.

AK prezidenti əmin edir ki, Ukrayna onun cəsarətli səyləri nəticəsində yardım alacaq.

Onun sözlərinə görə, o, Avropadan dəstəyi müzakirə etmək üçün gəlib. Qışa hazırlıq, müdafiə, üzvlük danışıqları və G7-dən alınan kreditlər üzrə irəliləyişlərdən danışılacaq.

UNIAN-ın məlumatına görə, fon der Leyen Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. Avropa İttifaqı yaxın vaxtlarda istilik mövsümü başlayacağı üçün Ukraynanın enerji sektoruna dəstəyi artırmağa hazırdır. 2022-ci ilin fevralından Ukraynanın enerji sektoruna dəstək üçün ən azı 2 milyard avro ayrılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top