Məktəblilərə təqaüd verilmək əvəzinə... Ekspert

GÜNDƏM 17 sentyabr 2024, 18:13
“Orta ümumtəhsil məktəblərində məktəblilərə də təqaüd verilməsi yaxşı olardı. Şagirdlər əla oxuyanlar, yaxşı oxuyanlar kateqoriyasına bölünsünlər. Buna uyğun onlara təqaüd verilsin. Necə ki ali məktəblərdə tələbələrə təqaüd verilir”.

Bunu Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Məsələ ilə bağlı Demokrat.az-a münasibət bildirən təhsil eksperti Elçin Əfəndi deyib ki, məktəblilərin təqaüd alması məsələsi düzgün bir yanaşma deyil:

“Çünki orta və tam təhsil müəssələrində təhsil alan şagirdlər üçün dövlət tərəfindən müəyyən maliyyə ayrılır.  Yeni qaydalara əsasən artıq adambaşına maliyyəşmə hiss olunur. Burada universitetlərdə təhsil alan və yaxud orta ixtisas müəssələrində təhsil alan tələbə sayı daha artıb. 600-700 min şagird var ki, bunların hər birinin təhsil keyfiyyətini yoxlamaq və onların arasından daha yüksək nəticə toplayanları qiymətləndirmək bir qədər çətin ola bilər. Çünki həm say baxımından çoxalacaq, həm də reallığa uyğun olmayacaq. Bu cür fikirlərdənsə, yaxşı olar ki, uşaq pulunun verilməsi ilə bağlı daha çox təkliflər irəli sürülsün. Digər tərəfdən isə stimullaşdırıcı addımlar atmaq olar. Bu da hər məktəbin öz ixtiyarında ola bilən bir məsələdir”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 noyabr 2024, 09:21
Top