Yaponiya və Cənubi Koreyanın Ermənistana silah satışının arxasında ABŞ dayanır — AÇIQLAMA

GÜNDƏM 13 sentyabr 2024, 18:45
“Yaponiya və Cənubi Koreyanın Ermənistana silah satışının arxasında ABŞ dayanır. Ermənistanla ABŞ-nin həyata keçirdiyi birgə hərbi təlimlər və İkinci Qarabağ müharibəsində ABŞ-nin tam olaraq Ermənistanın yanında olması bunu deməyə əsas verir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Ə.Məmmədli bir sıra digər məqamlara da diqqət çəkib:

“Azərbaycanın Cənubi Koreya və Yaponiya ilə ticarəti Ermənistanın bu ölkələrlə ticari əlaqəsindən genişdir. 400 milyondan çox Azərbaycanın hər iki ölkə ilə ayrı-ayrılıqda ticarət dövriyyəsi var. Ermənistanla bağlı bu rəqəm 200 milyon civarındadır. Buna rəğmən Ermənistan bu ölkələrlə müdafiə sahəsində əməkdaşlığa başlayır. Azərbaycan bunun qarşısını almalıdır. Yeni silah ticarətinin arxasında ABŞ dayanır, çünki 3 ölkə Sakit okeanda yaxın müttəfiqdirlər. Silah satışını da birgə həyata keçirirlər.

Yaponiya və Cənubi Koreya səfirliklərinə məsələ ilə bağlı müraciət ünvanlanıb, yaxın günlərdə rəsmi açıqlamalar verilməlidir. Türkiyənin də son dönəmlərdə Yaponiya və Cənubi Koreya ilə yaxın münasibətləri yaranıb. Ümid edək ki, Ermənistanın yeni həmləsinin qarşısı alınacaq.

Azərbaycan Ermənistanı sülhə məcbur etməli, Zəngəzur dəhlizi açılmalı, Ermənistanın silahlandırılmasının qarşısı alınmalıdır. Son 30 ildə gördük ki, qarşı tərəfi yalnız güc yolu ilə sülhə təhrik etmək mümkündür.  Azərbaycan tərəfi indi də bu siyasəti davam etdirməlidir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
09 oktyabr 2024, 10:55
Top