Keçmiş deputat yüksək vəzifəyə təyin olunur? — İDDİA

SİYASƏT 11 sentyabr 2024, 19:11
İçərişəhər Dövlət-Tarixi Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Şahin Seyidzadənin 1 sentyabr tarixində keçirilən parlament seçkilərində deputat seçilməsindən sonra qoruğun sədri vəzifəsi boş qalıb. Qoruğun yeni rəhbərinin kimliyi ilə bağlı media və sosial şəbəkələrdə çoxsaylı versiyalar səslənir.

Bu xüsusda Editor.az-a maraqlı informasiya daxil olub. Redaksiyamızı məlumatlandıran mənbənin iddiasına görə, İçərişəhər Dövlət- Tarixi Memarlıq Qoruğu İdarə rəhbəri postuna keçmiş deputat Emin Hacıyev təyin ediləcək. Bununla bağlı artıq siyasi razılığın alındığı bildirilir.

Qeyd edək ki, Emin Hacıyev 2020-ci ildə keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası siyahısından Milli Məclisin üzvü seçilmişdir. Bəzi iddialara görə, 4 illik deputatlıq müddətində millət vəkili təmsil etdiyi Sumqayıt şəhərinin rəhbərliyi ilə aralarında yaranan soyuqluq səbəbindən hakim partiyanın deputatlığa namizədlər siyahısına düşə bilmədi.

Onu da qeyd edək ki, Emin Hacıyev Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin qardaşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top