Ötən ay bahalaşan məhsullar arasında mal və qoyun əti də yer alıb. Dövlət Statistika Komitəsinin məlumatında bu əks olunub. Son bir ildə ətin qiyməti sürətlə bahalaşır. Hesablama Palatası verdiyi açıqlamada bildirib ki, yerli istehsalın bazası olan damazlığın lazımi səviyyədə inkişaf etdirilməməsi ölkədaxili ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amildir.
İqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib.
Ekspert hesab edir ki, ölkədə ətin bahalaşmasına səbəb təkcə heyvan əti istehsalında damazlığın inkişaf etdirilməməsi deyil:
“Başlıca səbəb bu deyil. Düzdür, bizim südlük, ətlik heyvanlarımızın məhsuldarlığı kifayət qədər aşağıdır. Amma məhsuldarlığı aşağı olan heyvanlar baş sayına görə daha çox becərilirdi və yerli tələbatın çox hissəsini qarşılayırdı. Bununla belə heyvandarlıqla məşğul olan fermerlərin örüş sahələri daralıb, ona görə də heyvanların sayı sürətlə azalır.
Ölkəyə ətlik, südlük heyvanlar gətirsək və ya seleksiya yolu ilə yeni heyvanlar alsaq belə indiki problemlər fonunda yerli ət istehsalını inkişaf etdirmək mümkün deyil. Damazlığı inkişaf etdirməyin iki yolu var. Xaricdən uyğun cinslərin idxal edilməsi və ölkə daxilində məhsuldar heyvanların yetişdirilməsi. Xaricdən heyvanların alınmasına vəsait ayrılır, amma həmin heyvanlar artıq təsərrüfatlarda yoxdur, çünki dövlət vəsaiti mənimsənilir. Bu da onu göstərir ki, bir ölkədə korrupsiya davam edirsə, bütün sahələrdə inkişafa yönəlik işlərin səmərəsi aşağı olacaq”.
Törə Zeynallı
Demokrat.az