"Mən Xalq artistiyəm"

ŞOU-BİZNES 10 sentyabr 2024, 11:59
Müğənni Elnarə Xəlilova "Künc-bucaq" yutub layihəsində qonaq olub.

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Bir müğənni nə vaxt Xalq artisti olmalıdır" sualına belə cavab verib:

"İlk səhnəyə çıxandan indiyənə kimi Xalqın artistiyəm. Xalqın sevgisini hər zaman hiss etmişəm. İnstaqramda məni yarım milyondan çox adam izləyir. Hamısı mən zövqdə insandır. Dünyanın 30-dan çox ölkəsində Azərbaycanı təmsil etmişəm. Özümü xalqın artisti hesab etdim. Məndə elə özgüvən var ki, bu iddianı səsləndirmək fikrim yoxdur. Onsuz da xalqın artistiyəm.

Duruşumla, oturuşumla, ailə tərkibimlə, həyat tərzimlə, görünüşümlə, təhsilimlə, savadımla sübut etmişəm ki, mən Xalq artistiyəm. Son 6 ildə ayda bir layihə təqdim edirəm. Onların hamısı vaxt aparan işdir". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top