Həmasın Vaşinqtondan tələbi — İsrail razılaşmanı pozur

DÜNYA 05 sentyabr 2024, 21:50
Həmas ABŞ-ni İsrailə təzyiq göstərməyə çağırıb.  

Demokrat.az
skynews-a istinadən xəbər verir ki, Həmas təşkilatı Qəzza zolağında atəşkəs əldə olunması və əsirlərin dəyişdirilməsi üçün ABŞ-ni İsrailə real təzyiq göstərməyə çağırıb.

Həmasın siyasi bürosunun üzvü və onun Dohada yerləşən danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Xəlil Əl-Həyya çıxışında deyib ki, ABŞ administrasiyası və prezident Bayden həqiqətən də atəşkəsə nail olmaq istəyirlərsə, əsirlərlə bağlı razılaşmanı tamamlamalı, sionist işğalına qarşı laqeyd yanaşmalardan əl çəkməlidirş O, həmçinin, qeyd edib ki, rəsmi Vaşinqton Netanyahuya və onun hökumətinə real təzyiq göstərməli və onları razılaşmadan irəli gələn tələbləri yerinə yetirməyə məcbur etməlidir.

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi öz açıqlamasında təsdiqləyib ki, Qəzzada prezident Co Bayden tərəfindən təqdim olunan atəşkəs razılaşmasının əksər şərtləri ilə bağlı ortaq məxrəcə gəlinib, lakin əsirlərlə bağlı məsələdə fikir ayrılıqları davam edir.

Əldə olunan razılaşmada o da göstərilir ki, Qəzzaya 600 yük maşını həcmində gündəlik humanitar yardımın göndərilməsi, yanacaq daşıyan yük maşınlarının hərəkətinə icazə verilməlidir. O cümlədən infrastrukturun və xəstəxanaların təmiri üçün avadanlıq gətirməyə və köçkünlərin yerləşdirilməsinə də yardım göstərilməlidir.

Razılaşmada yüzlərlə fələstinli əsirin azad edilməli olduğu, yaralıların bir qisminin, Həmas hərəkatının üzvləri də daxil olmaqla  müalicə almaq üçün xaricə getməsinə icazə verildiyi bildirilir. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 sentyabr 2024, 08:20
15 sentyabr 2024, 22:49
15 sentyabr 2024, 21:46
15 sentyabr 2024, 20:15
15 sentyabr 2024, 19:59
Top