Şəhid anası vəfat etdi — FOTO

SOSİAL 03 sentyabr 2024, 11:27
Vətən müharibəsi şəhidi Əliyev Elçin Rasim oğlunun anası Ulduz Əliyeva vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Ulduz Əliyeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xatırladaq ki, Elçin Əliyev 4 mart 1994–cü ildə Mingəçevir şəhərində anadan olub.

Aprel döyüşlərinin də iştirakçısı olan Elçin Əliyev 44 günlük Vətən müharibəsi zamanı 28 sentyabr tarixində Tərtər rayonunun Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medalı, “Vətən uğrunda” medalı, Suqovuşanın azad olunmasına görə” medalı, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. (Haqq.az)


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top