Bu günə qədər İordan çayının qərb sahilində 650 fələstinli həlak olub

DÜNYA 02 sentyabr 2024, 20:38
İsrail ordusu İordan çayının qərb sahilindəki Tulkərim şəhərinə hücum edib. 

Demokrat.az
"skynews"a istinadən xəbər verir ki, bu barədə Fələstin mediasında xəbərlər yayılıb. 

Bildirilir ki, İsrail qüvvələri Tulkərimdəki Zakat və Tabet xəstəxanalarını mühasirəyə alıb. Yayılan görüntülərdə İsrail əsgərlərinin İordan çayının qərb sahilindəki Cenin şəhərində jurnalistlərə atəş açması da əks olunub.

Qəzza zolağında İsrail və HƏMAS arasında müharibə başlayandan bəri İordan çayının qərb sahilində gərginlik və zorakılıq artıb. BMT-nin məlumatına görə, Qəzza zolağında müharibə başlayandan bəri İordan çayının qərb sahilində 650 fələstinli həlak olub. İsrailin rəsmi məlumatlarına görə, fələstinlilər tərəfindən həyata keçirilən hücumlar və hərbi əməliyyatlar zamanı əsgər və polislər də daxil olmaqla ən azı 23 israilli həlak olub.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top