Türkiyəli məşhur aktrisa Fahriye Evcen fit görünüşünün sirrini AÇIQLADI

ŞOU-BİZNES 31 avqust 2024, 21:25
Aktyorluğu və gözəlliyi ilə seçilən məşhurlardan biri Fahriye Evcen 2 uşaq anası olduqdan sonra fit qalmağı bacarıb. Həm gözəllik sirlərini, həm də analığın ona gətirdiyi cəhətləri açıqlayan Evcen zəhərli gözəllik standartlarına qarşı olduğunu bildirib. 

Demokrat.az Fahriye Evcenin gözəllik sirlərini təqdim edir:

1. Ana olduqdan sonra formada qalmağı bacardığı üçün haqqında danışılan uğurlu aktrisa gözəlliyi ilə pərəstişkarlarını ekran qarşısında valeh edir. O, müsahibəsində sevgi və xoşbəxtlik üzərində qurulmuş həyatını davam etdirdiyini bildirib. 

2. ⁠Fahriye Evcenin fikrincə, gözəllik sirri və ya rutinlər xaricində ən vacib məqam sevgi və xoşbəxtlikdir. Hər kəs özünü gözəl hiss etməyi sevsə də, Evcen xoşbəxtliyə fokuslanaraq yaşamağa üstünlük verdiyini bildirib. Zəhərli gözəllik standartlarına qarşı olduğunu vurğulayan məşhur aktrisa həyatını xoşbəxtliyə həsr edib.

3. ⁠Uğurlu aktyorun üslubu izləyiciləri tərəfindən də yüksək qiymətləndirilir. Müsahibəsində gündəlik tərzinin çox rahat və sadə geyimlərdən ibarət olduğunu deyən Evcen, çantalar istifadə edərkən belə, əllərim artıq kürək çantalarına çox gedə bildiyini deyib.

4. ⁠Evcenin alternativ geyimləri arasında enli parça şalvar var. Həm dəbli, həm də idman üslubunda olan bu tip şalvarlardan istifadə etmək işi asanlaşdırır. Yeni sezon geyimlərinə münasibət bildirən aktrisanın ən çox bəyəndiyi parça midi yarıqlı cins ətəklərdir.

5. ⁠Makiyaj edərkən təbii rənglərdən istifadə etməyi sevən Fahriye Evcen təbii tonlarda dodaq boyalarına üstünlük verir. Əgər təbii tonlarda pomada istifadə edirsinizsə, qələmi dodaq xəttinin yanında çəkə bilərsiniz. Fırça ilə yaymaqla təbii görünüş əldə edə bilərsiniz.

6. ⁠Gözəlliyini xoşbəxtlik yönümlü həyata borclu olduğunu bildirən məşhur aktrisa uşaq sahibi olduqdan sonra fit görünüşü ilə diqqət çəkib. O, bu yola sevgi ilə davam etmək niyyətinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

7. ⁠Ana olduqdan sonra həyata fərqli baxışla yanaşan Fahriye Evcen daha səbirli və israrlı olmağı öyrəndiyini bildirib. İnsanların yetkinləşdikcə bəsirətinin artacağını izah edən gözəl aktrisa uşaqlara yol göstərməyin lazım olan məsələlərdən biri olduğunu xatırladıb.

8. ⁠Yetişdikcə səbirli olmağı öyrəndiyini deyən Evcen analıq və atalıq mövzusunda məsləhətləşdiyi qaynaqların tamamilə instinktiv düşüncələrə əsaslandığını bildirib. Onun fikrincə, ananın daxili səsi övladı haqqında nə deyirsə, doğrudur. Uğurlu aktrisa hesab edir ki, valideynlərlə övladları arasındakı bağ insanları düzgün istiqamətə yönəldir.

Mehriban Mirzəzadə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top