Çağırış müddətinin 3 dəfəyə qədər azaldılması təklifi tamamilə məntiqsizdir — Ədalət Verdiyev

GÜNDƏM 30 avqust 2024, 17:58
Hazırda dünyanın bir çox ölkələrində  müharibə, münaqişə və toqquşmalar davam edir. Bəzi ölkələr isə müharibə vəziyyəti öncəsi təhdid dövrünü keçirlər. Azərbaycan ərazilərini 30 il müddətinə işğal altında saxlayan Ermənistanın isə bir çox Qərb ölkələri  tərəfindən, xüsusilə də ABŞ və Fransa tərəfindən intensiv silahlanır.  Belə bir vəziyyətdə  çağırış müddətinin 3 dəfəyə qədər azaltması  tamamilə məntiqsizdir. 

Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, indiki vəziyyətdə  Azərbaycan və Ermənistan arasında nə sülh sazişi imzalanıb, nə də sərhədlərimizdə baş verən təhdidlər aradan qalxıb:

“Daha əvvəl Dağıstanda baş verən terror, İran ərazisində davam edən terror aktları və İsrail ilə gərginləşmiş münasibətlər, Ermənistan ilə hazırda vəziyyətin ən gərgin bir vəziyyətdə olduğunu nəzərə alsaq, Azərbaycanın belə bir addım atması qəbul edilən olmaz.Belə bir addım nə zamansa mümkün olacaq, amma  bu zaman  hələki yetişməyib. Bu barədə danışmaq və ya ictimai rəy bildirmək kifayət qədər  erkən addımdır. Gəlin, əlimizdə olan güc, imkan və potensialları Ermənistanın bizə qarşı apardığı müharibə və təxribatlara qarşı yönləndirək.İndi nə müddətli həqiqi hərbi xidmətin azaldılmasının, nə alternativ xidmətin tətbiqi, nə də ödənişli xidmətin vaxtıdır. Hazırda bizim prioritetlərimiz ordumuzu genişləndirmək və bizə qarşı olan təhdidlərə qarşı addımlar atmaqdan ibarətdir”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top