“Rusiya Prezidentinin Azərbaycana səfəri Azərbaycan Rusiya münasibətlərinin inkişafı kontekstində vacib əhəmiyyətə malikdir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoliq Tural İsmayılov deyib.
O bildirib ki, Azərbaycan və Rusiya daim bir sıra iqtisadi və siyasi sahələrdə əməkdaşlıq edir:
“Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfərində də, bu əməkdaşlığın ən yüksək səviyyədə inkişafını gördük. Əlbəttə ki, Prezident Putin də vurğuladı ki, Azərbaycanla Rusiya arasında 2023-cü ildə ticarət dövriyyəsi dörd milyarda yaxın olub. Amma bu rəqəmləri daha da artırmaq əsas məqsəd qoyulub.
Eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizi məsələsi müzakirə edilib. Bilirik ki, Rusiya Prezidenti ilə bir yerdə Azərbaycana “Rosneft”in və “Qazprom”un rəhbəri də gəlib ki, bu da yeni qaz anlaşmalarının mümkünlüyünü ehtiva edirdi. Təbii ki, Rusiya Prezidentinin Azərbaycana səfəri fonunda Qərb imperialistlərinin Ermənistanda vəziyyəti gərginləşdirməyə çalışdığını da biz gördük. Məhz bu ərəfədə Ermənistanın müxtəlif təxribatlar törətməsi bu nəticələrə səbəb oldu və Ermənistan növbəti dəfə təxribatlar törətdi.
O baxımdan hesab edirəm ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi Cənubi Qafqaz regionu üçün də vacib əhəmiyyətə malikdir. Rusiya Prezidentinin Azərbaycana səfəri də Rusiyanın Azərbaycana verdiyi önəmi bir daha göstərdi”.
Mehriban Mirzəzadə
Demokrat.az