“Qarabağ bölgəsi hər zaman Rusiyanın strateji maraqları kontekstində olub. Qarabağda Baş konsulluq açmaq istəyi hələ də bu maraqların davam etdiyini deməyə əsas verir. Baş konsulluq açmaq istəyi Qarabağ bölgəsini nəzarət altında saxlamaq siyasətinin təzahürüdür”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
O, Rusiyanın Qarabağda Baş konsulluq açmaq istəyinə münasibət bildirərək qeyd edib ki, bunun üçün heç bir zərurət yoxdur:
“Xankəndiyə, Şuşaya, Şərqi Zəngəzura hələ azərbaycanlıların qaydışı tamamlanmayıb, bu bölgələrdə bircə rus da yaşamır, konsulluq kimə xidmət edəcək?
Qarabağdakı quruculuq işlərində Rusiyanın böyük şirkətləri bilavasitə iştirak etmir, ona görə də belə bir diplomatik xidmətə ehtiyac yoxdur. Rusiya-Azərbaycan münasibətlər sistemindəki diplomatik balansdan söhbət gedirsə, Baş konsulluq mütləq mənada Qarabağda olmalı deyil. Baş konsulluğun yerləşdiyi yer böyük sənaye şəhəri olan və rusların da yaşadığı Gəncə şəhəri ola bilər. Gəncədə Rusiyanın böyük şirkətlərinin yatırımları da var”.
Ekspertin fikrincə, Rusiyanın Qarabağda Baş konsulluq açmaq istəyi gələcəkdə yenidən xoşagəlməz hadisələrin baş verməsinə zəmin yarada bilər:
“Qarabağdan çətinliklə rus qoşunlarını çıxarmışkən yenidən diplomatik missiya adı altında Rusiyanın burada yerləşməsinə icazə verməməliyik”.
Qeyd edək ki, Rusiyanın Qarabağda Baş Konsulluq açması məsələsi müzakirə olunur. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “TASS” agentliyinə müsahibəsində deyib ki, Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki Azərbaycanın da burada iki baş konsulluğu var – Yekaterinburqda və Sankt-Peterburqda.
Törə Zeynallı
Demokrat.az