“Kontakt”ın “Şeş-Qoşa”sında 73 412 manat qazandılar — Avtomobil uduşu davam edir

SAHİBKARLIQ 14 avqust 2024, 11:28
“Kontakt” mağazalar şəbəkəsi “Şeş-Qoşa” kampaniyası ilə sevindirməyə və qazandırmağa davam edir. Belə ki, kampaniyanın dördüncü həftəsində uduş məbləği 73 412 manata çatıb.

Bu isə o deməkdir ki, bugünədək minlərlə müştəri aldığı məhsulun 5, 25, 100%-dək dəyərini geri qazanıb. Kampaniyada uduşlar bununla da məhdudlaşmır. “Şeş” ataraq məhsulun dəyərini geri qazananlar, növbəti mərhələdə “Şeş-Qoşa”nın əsas mükafatı olan ən yeni “Toyota Corolla Cross” avtomobilini qazanma şansı əldə edirlər. Bu şansa bir addım daha yaxın olan, ötən həftənin qalibi və artıq finalçılar sırasında yer alan Piriyev Köçəri sevinc dolu hislərini bizimlə bölüşdü:

“Evdəkilər “Kontakt”ın Ukrayna dairəsi mağazasından tozsoran alıblar. Televizor götürmək yadlarından çıxıb. Axşam Bakıxanovda evimin yanındakı “Kontakt”a gəldim. Televizoru aldım, dedilər ki, 3 dəfə şeş atsam, aldığım televizor neçəyədirsə, o qədər məbləği geri qazana bilərəm. Çox elə inamlı deyildim. Gəlinim təkid elədi ki, oyna, bəlkə alındı. Şansdan 3 dəfə şeş ata bildim. Ona görə də 500 manata aldığım televizorun məbləği mənə geri qayıtdı. Çox sevindim. Həmin pula da evə başqa bir neçə avadanlıq götürdük. İndi də, maşına ümidliyəm. Allah qoysa...Maşınım da olsa, pis olmaz.”

Qeyd edək ki, kampaniyada nağd, “6 dəfəyə ödə” və ya kredit şərti ilə alış etmək mümkündür.

Növbəti həftə final tədbiri keçiriləcək kampaniya hələ ki davam edir. İştirak etmək üçün ilkin şərt olaraq istənilən “Kontakt” mağazasından alış-veriş edirsiniz və çoxlarını sevindirən “Şeş-Qoşa” stendinə yaxınlaşırsınız.

Burada:  

- Şeş atsanız, aldığınız məhsulun 100%-dək dəyərini geri qazanırsınız;

- Şeş-qoşa atsanız isə 2024 model “Toyota Corolla Cross” avtomobilinin sahibi olursunuz.

Ətraflı məlumat üçün bu keçidə daxil ola, mağazaları isə buradan təyin edə bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top