Bu ərazidə mənzillər 10 min manatadək bahalaşıb — VİDEO

İQTİSADİYYAT 08 avqust 2024, 12:10

Abşeron rayonu, Xırdalan şəhərində evlər bahalaşıb.

Demokrat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, rieltorlar deyirlər ki, mənzillərin qiymətində təxminən 5-10 min manat arası artım var.

Onların sözlərinə görə, tikinti materiallarının bahalaşması, eyni zamanda, paytaxtın bir sıra ərazilərində söküntü işlərinin aparılması Xırdalan şəhərində də daşınmaz əmlak bazarına təsir göstərib.

Sakinlər də qiymət artımını təsdiqləyirlər.

Rieltorlar deyirlər ki, Xırdalanda kirayə ev üçün müraciət edənlər də çoxdur. Əvvəllər 300-350 manata kirayə verilən evlər indi 400-450 manata təklif edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top