Paris-2024: Son şans

İDMAN 08 avqust 2024, 10:53
Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarına bu gün yekun vurulacaq.

Demokrat.az İdman.Biz-ə istinadən bildirir ki, son iki çəkidə mükafatçılar bəlli olacaq.

Azərbaycan yığmasının bir güləşçisi xalçaya çıxacaq. Bu, "klassiklər"imizin Parisdə medal hesabını açmaq üçün axrıncı şans olacaq.

Yunan-Roma güləşi
67 kq
Həsrət Cəfərov Olimpiadada son görüşünə çıxacaq. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısının rəqibi bugünkü təsəlliverici görüşlərdə bəlli olacaq.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Fransa paytaxtına 5 idmançı ilə yollanıb. Onlardan dördü çıxışını medalsız başa vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top