Güləşçimiz yarımfinalda uduzdu

İDMAN 07 avqust 2024, 22:25
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov "Paris-2024" Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Demokrat.az
xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla qarşılaşıb.

Azərbaycanlı idmançıların duelindən sonuncu xal (3:3) prinsipinə əsasən qalib ayrılan Ukrayna təmsilçisi adını finala yazdırıb.

O, sabah qızıl medal uğrunda görüşdə Slavik Qalstyan (Ermənistan) - Səid Leyvesi (İran) cütünün qalibi ilə üz-üzə gələcək. H.Cəfərov isə bürünc medal görüşünə çıxacaq.

 Bu gün, həmçinin Sənan Süleymanov 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top