Xəbər verdiyimiz kimi, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan "Toyota RAV4" markalı maşın idarəetmədən çıxaraq yol kənarına aşıb.
Şahidlərin sözlərinə görə, qəzaya səbəb sürücünün sükan arxasında mobil telefondan istifadə etməsi olub. Hadisə zamanı sürücü xəsarət almasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sürücülər avtomobil idarə edərkən telefonla danışır və ya diqqətlərini yayındıracaq başqa işlər görürlər.
Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, mobil telefondan istifadə edərək sükan idarə etmək təhlükəlidir:
“Telefondan istifadə edərək avtomobil idarə etmək demək olar ki, bütün ölkələrdə qadağandır. Qəzaların əhəmiyyətli hissəsi elə mobil telefondan istifadə səbəbilə baş verir. Tez-tez belə hallar təkrarlanır, gələcəkdə də davam edəcək. Avtomobil idarə edərkən diqqətli olmaq lazımdır, fikri yayındıran hərəkətlər etmək, avtomobildəki digər insanların da sürücünün fikrini yayındıracaq hərəkətlər etməsi yolverilməzdir.
Avtomobil idarə edərkən mobil telefon istifadəsinə görə cərimələr müəyyən olunub, buna baxmayaraq sürücülər qaydaları pozmağa davam edirlər. Telefonla danışa-danışa maşın sürmək laqeydlik, məsuliyyətsizlikdən xəbər verir. İnsanlar özləri bunu başa düşməlidirlər, anlamalıdırlar ki, yol hərəkəti qaydalarını pozmaqla həm özlərinin,həm də digərlərinin həyat və sağlamlığını təhlükəyə atmış olurlar”.
Törə Zeynallı
Demokrat.az