Paris-2024: Azərbaycan taekvondoçusu qələbə qazandı

İDMAN 07 avqust 2024, 14:30
Azərbaycan taekvondoçusu Qaşın Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Demokrat.az xəbər verir ki, 58 kiloqramda çıxış edən idmançı 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb. Rəqibini 2:0 (7:4, 12:6) hesabı ilə məğlub edən taekvondoçumuz adını növbəti raunda yazdırıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top