“Paris-2024”: Güləşçimiz inamlı qələbə ilə yarımfinalda

İDMAN 07 avqust 2024, 14:09
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Demokrat.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə misirli Mohamed Elsayed ilə qarşılaşıb. Rəqibinə 9:0 hesabı ilə qalib gələn H.Cəfərov 1/4 finala vəsiqə qazanıb.

Digər yunan-Roma güləşçimiz Rafiq Hüseynov (92 kiloqram) isə 1/8 finalda macarıstanlı David Loşontsini sınağa çəkəcək.

Bu gün, həmçinin Sənan Süleymanov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top