"Son zəng"də "oğru aləmi"nin mahnısını oxumağa icazə verən xanım yenidən direktor olacaq?

SOSİAL 06 avqust 2024, 09:07
Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin keçmiş direktoru Gülsəba Abbasova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib.

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, onun iddiası işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır.

İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Aytən Novruzovanın icraatındadır.
Gülsəba Abbasova bu ilin iyulunda işdən çıxarılıb. O, "Son zəng" tədbirində şagirdlərlə birgə "oğru aləmi"nə həsr olunmuş mahnı səsləndirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra araşdırmalara başlanılıb və Gülsəba Abbasova işdən çıxarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
Top