"Hizbullah" qüvvələri İsrail üçün böyük təhlükədir — Fazil Mustafa

GÜNDƏM 05 avqust 2024, 20:55
Böyük müharibə  artıq başlayıb. Hazırda daha çox hibrid müharibəsi gedir. 

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki,  özünün peykləri vasitəsilə onsuz da bölgədə müharibə aparır:

“Eyni zamanda İsraillə açıq "Hizbullah", HƏMAS və İran onlar üzərindən husilər üzərindən İranla müharibəsini aparır. Amma İranın birbaşa qoşulması ehtimalı görünmür.  

 Yəni bir  ölkənin paytaxtında onun birbaşa əsas adamını vura bilirlərsə, demək, İranda istənilən qüvvəni belə zərərsizləşdirmək imkanına sahibdir. İran bundan yəqin ki, dərs götürdü, amma daha ağıllı davranıb müəyyən dərəcədə dünyaya inteqrasiya olunma yolunu seçməlidir. İran əks halda böyük fəlakətlər yaşayacaq. Hər halda bu məsələdə geniş müharibə olacağını düşünmürəm. Çünki İranın buna potensialı söyləndiyi kimi deyil. Əgər Tehranın mərkəzində bu zərbəni endirə bilirlərsə, demək istənilən formada başqa zərbələr endirilə bilər. Ona görə də burada hansısa bir şəkildə cavab vermək, yaxud da bunun qisasını almaq imkanları məhduddur. Amma bölgədə savaş bütün gücü ilə davam edəcək. Çünki böyük müharibə olmasa da, amma lokal müharibələr davam edəcək və divanda "Hizbullah" ilə də məsələni çözməmiş İsrail dayanmayacaq. Çünki təkcə HƏMAS problemi deyil. HƏMASA dəstək verən "Hizbullah" qüvvələri də İsrail üçün böyük təhlükədir. Ona görə də bu müharibə yəqin ki, hələ bir müddət vaxt aparacaq”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 12:00
Top