İnsanlar sevmədiyi kollektivlə çalışdıqda daha həvəssiz işləyir — Psixoloq

MARAQLI 05 avqust 2024, 17:06
Hər bir insan özünü psixoloji yönətməlidir. Biz məzuniyyətə getdiyimiz halda düşünürük ki,  artıq biz istirahətə gedirik, bizi yeni əyləncə, tam rahat bir həyat gözləyir. 

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Xavər Abdullayeva deyib. O bildirib ki, xoş hormonlarla tətilə yollanısaq da, məzuniyyətdən qayıtdığımız halda hər birimiz özümüzü yenidən  iş stressi ilə yükləyirik:

Ola bilər ki, bəzi insanlar  iş yerində sevdiyi kollektivlə işləməsin. Əsasən də, insanlar sevmədiyi kollektivdə işləyən zaman çox böyük məyyusluq və həvəssizliklə işə qayıdırlar. Yəni, insanlar özlərini neqativ düşüncə ilə yükləyərək işə yollanmaqlarını bloklayırlar.

Məncə, belə insanlar məzuniyyətdən 10 gün qabaq qayıtsınlar. Öz planlarını quraraq, növbəti məzuniyyətə qədər hansı işləri görməliyəm, sevdiyi işlərlə məşğul olaraq işə başlasa daha tez uyğunlaşar.

​​​​​​Mehriban Mirzəzadə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top