"Ana ən çox pul qazanan övladının başına and içir" — AÇIQLAMA

GÜNDƏM 05 avqust 2024, 12:53
Motivasiya hissi insanın həyata tutunması, həyatda qalması və mübarizə aparması üçün ən önəmli faktordur. 

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Samirə Bağırova deyib.

O bildirib ki,  insanlar  motivasiya almaq üçün 2 qrupa  bölünürlər:

“Daxili motivasiyaya sahib olan insanlar özləri özlərinə motivasiya yükləyir. Təməldən iradə, inadkarlıq, mübarizlik və cəsarət hissləri aşılandığından bu insanlar istənilən çöküşdən özlərini çıxarmağı bacarır və ən çox uğur qazanan və daha temperamentli insanlar olur. Xarici motivasiyaya ehtiyac duyan insanlar mənən zəif insanlardır ki, onlara kənardan həvəsləndirici, dəstəkedici sözlər lazımdır. Başqalarının, yaxud məşhurların həyat hekayələrini izləməklə, özünü müqayisə etməklə, psixoloji dəstəyə ehtiyac duyaraq, başqalarının ona inamını və güvənini hiss etməklə onlar həvəsə gəlir. Müasir dünyamızda isə uğur yalnız pul vahidinə fokuslanıb. Pul qazanırsansa, varlısansa uğurlusan - idealogiyası mərkəzə gəldiyinə görə insanlarda ruh düşkünlüyü artır. Çünki gecə- gündüz çalışır, çox enerji sərf edir, amma cəmiyyət üçün vacib olan “ statuslu” mərhələyə gəlib çata bilmir. Ya da özünü önəmli hiss etdirəcək  qədər pula sahib ola bilmir. Cəmiyyət içində özünü bir şəkildə vurğulamaq, özəl olduğunu göstərə bilmək  müasir dünyanın insanı üçün çox önəmlidir. Əvvəllər insanlar mənəvi dəyərlərdən birlik, dəstək, sağlam rəqabət ilə motivasiya alırdılarsa, indi yalnız pul vahid bir motivasiya sistemidir. Kapitalizm dünyasında savad, üstün zəka, xüsusi fərasət daha da inkişaf etmək üçün yalnız inkişaf etmiş ölkələrin marağındadır. Hər bir insan dəyərləndirilmək istəyir. Bu isə ailədən, təhsildən, çevrədən gəlir. Amma bunların hamısı da bu gün pul ilə ölçülür.  Hətta ailədə ana  ən çox pul qazanan övladının başına and içir”.

Mehriban Mirzəzadə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 13:19
Top