“Paşinyanın COP 29 tədbirinə gəlməsi onun təcrübəli siyasətçi olduğunu göstərər” — Qabil Hüseynli

GÜNDƏM 27 iyul 2024, 17:00
Xəbər verdiyimiz kimi, noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Artıq bir çox ölkələrin rəsmiləri COP 29-da iştirak etmək üçün Bakıya dəvət edilib. COP 29-un rəhbərliyi Ermənistana da tədbirdə iştirak etmək üçün dəvət göndərib.

Bəs, Nikol Paşinyan Azərbaycanda keçiriləcək COP 29 tədbirində iştirak edəcək? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Paşinyanın COP 29 tədbirinə gələcəyini düşünürəm.  

Qabil Hüseynli qeyd edib ki, əslində Paşinyan öz xalqını yaxşı tanıyır və özü də dəfələrlə deyib ki, mənim əsas gördüyüm işlərdən biri də bu xalqın reallıqları doğru-dürüst qavramasına kömək etməkdir: 



Ehtimal edirəm ki, Paşinyan COP 29 tədbirinə gələcək. Gəlsə deməli, təcrübəli siyasətçi və dövlət adamıdır. COP29 -da iştirak bu nöqteyi nəzərdən təkcə öz ölkəsini yox, bütün dünyanın taleyini düşünür deməkdir. Bəlkə çıxış da edəcək. Çıxışında Cənubi Qafqaz regionu və yaxud dünyanın qlobal iqlim məsələləri üzrə sözlər deyəcək. Düşünürəm ki, bu, Ermənistan üçün əhəmiyyətli ola bilər. 

Lakin gəlməsə Azərbaycan və Ermənistan münasibətlərinə çox güclü bir zərbə vura bilər. Onsuz da sülh danışıqları prosesində ləngimə var. Ermənistan sürətlə silanlanma xəttini götürüb. Sanki müharibəyə hazırlaşırmış kimi, müxtəlif yerlərdən silahlar alır. Gəlməsə bu fikri möhkəmləndirəcək. Ermənistanın qəyyumları birinci növbədə Fransa, onu yeni müharibəyə təhrik edir. Lakin bilməlidirlər ki, o zaman Azərbaycan da qılıncı qınında saxlamayacaq və Ermənistanın xəbis niyyətlərini elə beşikdəcə boğmaq üçün lazım olan addımları atacaq. Amma bu variantın olmasını arzulamıram və düşünmürəm. 

Paşinyan özü deyib ki, biz kiçik xalqıq, heç zaman ətrafımızı və reallıqları qavramamışıq. O, deyir ki, mənim xalqımın dünyagörüşünü adını tarixçi qoymuş səfil adamlar formalaşdırıb. O özü bunun ideoloji köklərini açır. 

Bildirir ki, bu xalq min illər boyu kilsənin başıboş keşişlərinin və onların ətrafında fırlanan, bir bardaq çaxır üçün adını tarixçi qoymuş səfil adamların təsiri altında formalaşıb. Ona görə də gerçəkliyi deyəndə dənizdən-dənizə, 3 göl ətrafında böyük dövləti və ya Urartu dövlətini düşünürlər. Amma əslində bu fikirlərin hamısı kilsə şərabının təsirindən məst olmuş və möhkəm tarixi biliklərə malik olmayan səfil tarixçilərin uydurmamalarının əsasında formalaşdırılmış fikirlərdir. 

Onların söylədikləri uydurmaların heç biri əslində realllıqda olmayıb. Paşinyan bu gün bu xalqı reallığı düzgün qavramağa dənizdən-dənizə dövlətin heç zaman olmadığını, həmçinin, Urartu dövlətində Ermənistana aid heç nə olmadığını bildirib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top