Bəzi insanları ağcaqanadlar niyə daha çox dişləyir? — Həkim AÇIQLADI

GÜNDƏM 26 iyul 2024, 13:04
Yayda az qala bütün evlərin sevilməyən qonağı ağcaqanadlardır. Ağcaqanad dişləməsi bəzən əsl işgəncəyə çevrilir. Xüsusən də uşaqlar bundan daha çox ziyan görür. 

İnfeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, ağcaqanadlardan ilin istənilən vaxtında qorunmaq lazımdır:



“Ağcaqanadlar infeksiya tipli müxtəlif xəstəlilərin törədicisi ola bilər. Ağcaqanadlar Malyariya, sarı qızdırma, tulyaremiya, yapon ensefaliti xəstəlikləərinin törədicilərini yoluxdurur. İnsanları dişləyən daha çox dişi növləridir, çoxalmaq üçün qana ehtiyacları var. İstilik, nəm, karbon dioksid qazı ağcaqanadları daha çox cəlb edir. Bəzi qan qrupları və bədən qoxuları onları daha çox cəlb edir, buna görə də bəzi insanları ağcaqanad daha çox dişləyir. Ağcaqanad dişləməsindən sonra dəridə qızartı, şişkinlik yarana bilər ki, bunlar allergiya əlamətidir. Ağcaqanadın dişlədiyi hissədə yerli allergiya baş verə bilər. Buna da hər dəri tipi fərqli reaksiya verir. Bəzən bu əlamətlər olmaya da bilər, həssas dəri isə daha çox şişə, qızara bilər. Qaşınmanın xarakteri də fərdi olur, uzun müddət də davam edə bilər. Ağcaqanad dişləməsinə qarşı daha çox uşaqlar həssas olurlar, çünki dəriləri daha incədir. Ağcaqanad dişləyəndə allergiya əleyhinə xüsusi mazlardan istifadə etmək olar ki, qızartı və şişkinlik tez bir zamanda sağalsın”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top