"İran həmin ölkələrdə asanlıqla terror aksiyaları təşkil edə bilər” — SEPAH-la əlaqələri var

GÜNDƏM 26 iyul 2024, 12:10
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında bəyan edib ki, İran ABŞ-dakı bəzi etirazları maliyyələşdirir və təşviq edir. Onun sözlərinə görə, amerikalılar Yaxın Şərqdə baş verənlərdən narahatdırlar və bu səbəblə çoxlu etiraz aksiyaları keçirilir. 

Kirbinin açıqlamasına münasibət bildirən iranşünas ekspert Sədrəddin Soltan Demokrat.az-a bu cür bəyanatların əvvəllər də səsləndirildiyini deyib:

“Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Konqresdəki çıxışında bildirmişdi ki, İran İsrail və ABŞ əleyhinə etiraz aksiyalarını dəstəkləyir. İran bununla göstərmək istəyir ki, ABŞ və İsrailin Yaxın Şərqdəki birgə fəaliyyətini qəbul etməyən təkcə Tehran deyil, beynəlxalq ictimaiyyət də bu fəaliyyətə etirazını bildirir. Bunu müəyyənləşdirmək elə də çətin deyil. Həm ABŞ-də, həm Avropa ölkələrində İranın ələ aldığı insanlar, müxtəlif təyinatla yaşayan İran vətəndaşları var, çoxları immiqrantdır. Bundan başqa ABŞ-də, Kanadada İranın mənafeləri üçün çalışan İranın dövlət qurumları, o cümlədən SEPAH-la əlaqələri olan qeyri-hökumət təşkilatlar var. Buradakı vətəndaş cəmiyyətlərinin İran tərəfindən maliyyələşdirildiyi də təsdiqlənib. Əsas məsələ odur ki, ABŞ təhlükəsizlik qüvvələri Qərb ölkələrində İran yönümlü qüvvələrin fəaliyyət göstərməsinə imkan yaradır. Bu, həmin ölkələrin təhlükəsizlik qüvvələrinin fəaliyyətinin zəif olmasının göstəricisidir. İranlı mühacirlər yaşadıqları ölkələrin müvafiq qurumlarına Tehran hakimiyyəti tərəfindən təhdid olunduqlarına dair məlumatlar veriblər. Bu, İranın ABŞ, Kanada və Avropa İttifaqı ölkələrindəki fəaliyyətinə  örnəkdir. Bu həm də ona işarə edir ki, İran həmin ölkələrdə asanlıqla terror aksiyaları təşkil edə bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top