Seçkilərin nəticəsi manata təsir edəcək? — Deputat AÇIQLADI

GÜNDƏM 25 iyul 2024, 18:57
“Son dövrlər dünya bazarındsa ABŞ dollarının digər valyutalara nisbətən möhkəmlənməsi müşahidə olunur. Amma 2024-cü ilin geridə qalan aylarında dolların aparıcı valyutalara, eləcə də avroya qarşı məzənnəsində kəskin dəyişikliklər baş verməyib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

O qeyd edib ki, Azərbaycan manatının məzənnəsi daxil olan valyutanın həcmindən birbaşa asılıdır:

“Çünki valyuta bazarında tələb-təklif ölkəyə daxil olan valyuta, eləcə də valyutaya olan tələblə müəyyənləşir. Hazırda neftin dünya bazarında qiyməti Azərbaycan üçün məqbul səviyyədədir. Hər barel üçün Azərbaycan neftinin qiyməti 80 dollardır. Eyni zamanda Azərbaycan üzən məzənnəyə keçmədiyi üçün Mərkəzi bankın mövqeyi manatın məzənnəsinin müəyyənləşdirilməsi baxımından vacidir. Ona görə də ABŞ-dəki seçkilərin nəticələrinin manata təsiri olmayacaq. Mərkəzi Bank intermensiya imkanlarını qoruyub saxlayır. 2024-cü ilin ikinci yarısındada manatla bağlı Mərkəzin Bankın mövqeyi həlledici olaraq qalacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top