Son anda iki oğlunun xilaskarına çevrilən ata: "Onlara nəsə olsaydı, özümü bağışlamazdım"

GÜNDƏM 21 iyul 2024, 23:27
Bilgəh çimərliyində ata son anda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki oğlunu xilas edib.

Hadisə ötən gün baş verib.

27 yaşlı Tural Gülməmmədov və onun 30 yaşlı qardaşı Orxan Gülməmmədov dənizdə çimərkən qəflətən batmağa başlayıblar.

Övladlarının boğulduğunu görən ata dənizə girərək onları ölümdən xilas edə bilib.

Hər iki şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisə barədə "Xəzər Xəbər"ə danışan ata Adil Gülməmmədovun sözlərinə görə, onlara nəsə olsaydı, özünü bağışlaya bilməzdi.

Vəziyyəti yaxşı olan böyük qardaş Orxan hadisənin saniyələr içində baş verdiyini və hər şeyin anidən olduğunu deyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top