Venerada həyat ola bilər — Əlamətlər tapılıb

DÜNYA 19 iyul 2024, 18:40
Alimlər Günəş sisteminin ikinci ən isti planeti olan Venerada həyat əlamətlərinin olduğunu bildirirlər. Planetin atmosferinin dərinliklərindəki buludlarda həyat əlaməti olan fosfin və ammonyak elementləri tapılıb. Tədqiqatın nəticələri İngiltərənin Hull Universitetində keçirilən Milli Astronomiya Görüşünün xüsusi sessiyasında təqdim edilib.

Demokrat.az "NTV Türkiye"yə istinadən xəbər verir ki, araşdırmada Veneradakı buludlarda oksigensiz mühitlərdə yaşayan mikrobların istehsal etdiyi fosfin qazı və ammonyak molekullarının olduğuna dair sübutlar əldə edilib. Bundan əlavə məlum olub ki, planetdəki kükürd dioksidin miqdarı da zamanla dəyişir. Səbəbi isə bilinmir. Dəyişikliklər geniş miqyasda müşahidə olunmasa da ortada fərq olduğu bildirilir. 

Bu tapıntılar Venerada həyatın olduğunu dəqiqliklə sübut etməsə də, alimlər burada ammonyakın necə əmələ gəldiyini anlamağa çalışırlar. Daha əvvəllər isə sübut olunub ki, Venera planetində temperatur çox yüksəkdir və burada həyat ola bilməz. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top