Böyükşor gölündən gələn üfunətin səbəbi nədir? — Rəsmi AÇIQLAMA

SOSİAL 19 iyul 2024, 17:19
Paytaxtda yerləşən Böyükşor gölünün bir hissəsindən ətrafa kəskin, spesifik qoxu yayılır. Xüsusilə yay aylarında göldən gələn üfunət dözülməz həddə olur.

Dözülməz qoxuya səbəb kimi gölə axıdılan kanalizasiya suları göstərilir. Digər variantlar da səsləndirilir.

Bəs kəskin qoxunun yaranması nə ilə əlaqədardır? Problemin aradan qaldırılması üçün hansı tədbirlər görülür?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov Bizim.media-ya bildirib ki, göldən spesifik qoxunun ətrafa yayılması ilə bağlı idarə mütəxəssisləri gölün ətrafında monitorinq keçirib və ölçmə işləri aparıblar.

O qeyd edib ki, monitorinq müddətində sözügedən ərazidə spesifik iy müşahidə olunsa da, hava keyfiyyəti üzrə aparılmış ölçmə işlərinin nəticələrinə əsasən, atmosfer havasında zərərli qaz qarışıqlarının miqdarı yol verilən hədd daxilində olub:

"Aparılan monitorinq zamanı müəyyən edilib ki, Böyükşor gölündən gələn qoxunun səbəbi havaların isti keçməsi nəticəsində göldə suyun buxarlanması, nəticədə suyun səviyyəsinin enməsi və lilli ərazilərin açıqda qalmasıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 sentyabr 2024, 23:31
Top