“YAP-ın qərarlarına tabeyik” — Bahar Muradova parlamentə qayıdır?

GÜNDƏM 12 iyul 2024, 17:40
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar indiyə qədər 307 nəfərin deputatlığa namizədliyini irəli sürdüyünü, artıq 150 nəfərin namizədliyinin təsdiqləndiyini və 114 nəfərə imza vərəqi verildiyini qeyd edib. 

Həmçinin, prosesin 7 gün ərzində davam edəcəyini deyib. 


Demokrat.az
-ın əldə etdiyi məlumata görə, sentybarın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bir neçə dövlət və hökumət rəsmilərinin də yenidən deputatlığa namizəd olması gözlənilir. Onların arasında hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olan Bahar Muradovanın da adı hallanır. 

Bahar Muradova Milli Məclisin II (2000), III (2005), IV (2010), V (2015) çağırış deputatı və Milli Məclis Sədrinin müavini seçilib, hakim Yeni Azərbaycan Partiyası tərəfindən ona yüksək etimad göstərilib. Nəticədə o, YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub.

Bahar Muradova Demokrat.az-a açıqlamasında yenidən deputatlığa namizəd olması barədə iddialara qısa cavab verib. 

Komitə sədri bildirib ki, o, partiyanın qərarlarına tabedir. 

Onun sözlərinə görə, partiyadan nə məsləhət olarsa, o addım da atılacaq: 

“Əslində bu suala cavab verə bilmirəm. Çünki biz Yeni Azerbaycan Partiyasının qərarlarına tabeyik. Partiya nə zaman və nəyi məsləhət görərsə, o addım da atılacaq. Məncə sualınıza cavabımı verdim”.


Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top