"Pezeşkianın prezident seçilməsindən sonra İranın Azərbaycanla..." — AÇIQLAMA

SİYASƏT 08 iyul 2024, 16:13
Xəbər verdiyimiz kimi,  İranın  yeni prezidenti Azərbaycan əsilli, keçmiş səhiyyə naziri Məsud Pezeşkiandır. 

Maraqlıdır, bəs  yeni prezidentin Azərbaycan əsilli olması ölkələrarası əlaqələrin inkişafına necə təsir göstərəcək?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Demokrat.az-a açıqlama verib.

"Nəzərə almaq lazımdır ki, İranda qərarları prezidentdən daha çox Ali dini rəhbərlik qəbul edir. Yəni, İranda prezidentin qərarlara təsir imkanları o qədər də yüksək deyil.Nəzərə almalıyıq ki, İranda prezidentliyə namizədlərin namizəd kimi təsdiq edilməsi hüquqşünaslardan və din xadimlərindən ibarət olan şura tərəfindən təsdiq edilir. Bu baxımdan, İranın idarə edilməsi üçün problem yarada biləcək şəxslərin dəfələrlə seçkilərdə namizəd belə ola bilməməsinin şahidi olmuşuq.

Eyni zamanda Pezeşkian islahatçıdır. Çox açıq şəkildə azərbaycanlı olduğunu vurğuladı. Və bunu açıqladıqdan sonra onun prezident seçilməyi müəyyən ümidlər yaratdı. Uzun zaman idi ki, İranın həm Azərbaycana, həm Ermənistana lazımi mövqe qoymadığını müşahidə edirdik.

Ancaq Pezeşkianın prezident seçilməsindən sonra İranın Azərbaycanla münasibətində, eyni zamanda, regionla bağlı gələcək yanaşmalarında müəyyən dəyişikliklərin müşahidə olunacağını söyləmək olar"

Şahanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top