Razi Nurullayev: "Seçkidə inamla mübarizə aparacağıq"

GÜNDƏM 06 iyul 2024, 18:28
Milli Cəbhə Partiyası növbədənkənar parlament seçkiləriylə əlaqədar ümumrespublika iclası keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətinin müdiri Vüsal Qarayev məlumat verib. 

Bildirib ki, tədbirdə partiya başqanı, deputat Razi Nurullayev, partiya idarə heyəti, təşkilat sədrləri və partiyanın parlament seçkilərinə namizədləri iştirak ediblər.

Deputat Razi Nurullayev hər bir siyai partiya üçün seçkilərdə iştirakın önəmini vurğulayıb. O, bu seçkilərdə də hər seçkidə olduğu kimi inamla mübarizə aparacaqlarını qeyd edib. 

Digər çıxışçılar da Milli Cəbhə Partiyası üçün bütün seçkilərin çox önəmli olduğu və partiya olaraq seçkidə uğur qazanmaq üçün əzmlə çalışacaqlarını bildiriblər.

İclasda Milli Məclisə seçkilərdə partiyanın səlahiyyətli nümayəndələri müəyyən edilərək təsdiq edilib. Həmçinin partiyanın deputatlığa namizədliyi irəli sürülən üzvlərin siyahısı da təsdiqlənib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top