Prezidentin şuşalılarla səmimi söhbəti

GÜNDƏM 06 iyl 2024, 09:08
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan lideri Şavkat Mirziyoyev və Qırğız Respublikasının başçısı Sadır Japarov Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, Şuşa şəhərini gəziblər.

Demokrat.az
 xəbər verir ki, gəzinti zamanı Prezident Şuşa sakinləri sakinləri ilə səmimi söhbət edib.

Sakinlər: Cənab Ali Baş Komandan, necəsiniz? Haqqınız olan, haqqımız olan şəhərə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun. Sizə alqışlar.

Sakinlər: Yaşasın Azərbaycan xalqı!

Prezident İlham Əliyev: Necə yaşayırsınız burada?

Sakinlər: Əla.

Kişi sakin: Cənab Prezident, 1982-ci ildə rəhmətlik Heydər Əliyev Şuşaya qışda gələndə yazmışdım: “Oğlumu göylərdə tutan el gördüm Şuşada”. 2003-cü ildə Siz prezident seçkisinə gedəndə mətbuatda ilk dəfə canlı yayımda mən Sizi təbrik edərək demişəm:

“Yolun qarasında sına bəxtini,

Yolun adı elə ağdı Səninçün,

Şuşaya yolları sən dolanmasan,

Bu dünya ömürlük dağdır Səninçün”.

Şükür ki, bu yolu dolandıq.

Prezident İlham Əliyev: Sağ olun. Necə yaşayırsınız burada, hər şey yaxşıdır?

Sakinlər: Allaha şükür.

Prezident İlham Əliyev: Allaha şükür.

Uşaqlar: İlham baba, biz Sizi çox istəyirik.

Prezident İlham Əliyev: Sağ olun. İndi qardaş ölkələrin rəhbərləri də gəlib Şuşaya, gözəl tədbir keçiriləcək.

Aydın Kərimov: Bu, bizim rəssam Rövşən müəllimdir.

Prezident İlham Əliyev: Salam Rövşən müəllim, yeni əsərlər var?

Rəssam Rövşən Bayramov: Var, var.

Qadın sakin: Buyurun, baxın.

Aydın Kərimov: Sərgilənmək üçün yer ayırmışıq.

Prezident İlham Əliyev: Oradan görürəm, eyvanda. Bu, yeni əsərdir?

Rəssam Rövşən Bayramov: Bəli.

Prezident İlham Əliyev: Ay maşallah, ilham gəlib sizə doğma Vətənə qayıdandan sonra?

Sakin: Merdinli məhəlləsidir.

Prezident İlham Əliyev: Gəl, qızım, gəl.

Şuşalı qız: Necəsiniz?

Prezident İlham Əliyev: Sağ ol, sən necəsən?

Şuşalı qız: Çox sağ olun, yaxşıyam.

Prezident İlham Əliyev: Gəl şəkil çəkdirək. Neçə yaşın var sənin?

Şuşalı qız: Mənim 15 yaşım var. Birini də bizim telefonla çəkdirə bilərik?

Prezident İlham Əliyev: Olar, əlbəttə.

Aydın Kərimov: “Türk dünyasının gənclər paytaxtı”nın açarını bu qıza təqdim etmişdilər.

Prezident İlham Əliyev: Nə yaxşı. Yəqin sentyabrda məktəbə də gedəcəksən?

Şuşalı qız: Bəli. Sizin çox gözəl sözləriniz var: “Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı! Eşq olsun Azərbaycan xalqına, Azərbaycan Ordusuna!”.

Prezident İlham Əliyev: Sağ ol, qızım.

Şuşalı qız: Çox sağ olun, minnətdaram.

Prezident İlham Əliyev: Sağ ol.

***

Dövlət başçısı Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.

Prezident İlham Əliyev: Salaməleyküm.

Prezident Sadır Japarov: İlham Heydər oğlu, Sizi görməyə şadam.

Prezident İlham Əliyev: Salam, şuşalılar Sizi salamlayırlar. Bizim qardaşımız, Qırğızıstan Respublikasının Prezidenti.

Kişi sakin: Yaşasın Turan! Yaşasın Türk dünyası!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top