Qarabağ və Şərqi Zəngəzurda iş yerlərinin sayı artırılır — Deputatdan AÇIQLAMA

QARABAĞ 05 iyl 2024, 14:12
İşğaldan azad olunan ərazilərdəki iş yerlərinin monitorinqi aparılır. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ƏƏSMN və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə deyib ki, əmək münasibətlərində uyğunsuzluqlar aşkar olunduqda dərhal tədbir görülür. Nazir müavini qeyd edib ki, Azərbaycanda, həmçinin, son illər özəl sektorda əmək müqavilələrinin dinamikasında artım var.

Millət vəkili Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirdi ki, monitorinqin aparılmasında məqsəd hansı iş yerlərinə ehtiyac olduğunu müəyyənləşdirməkdir:


“Təbii ki, bu iş yerlərinə uyğun olaraq sahibkarların cəlb edilməsi də qarşıya məqsəd qoyulub. Çünki sahibkarların cəlb edilməsi və nəticə etibarilə özəl sektorda yeni iş yerlərinin formalaşdırılması çox vacibdir. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək bazarında mütəmadi olaraq monitorinqlər aparılır. Bu monitorinqlər, həmçinin, azad edilmiş əraziləri əhatə edir. Həmin ərazilərdə məşğulluğun təmin edilməsi və daha çox iş yerinin yaradılması başlıca hədəflərdən biridir. Burada məşğulluğa dəstək artırılır. Bunun da daha çox özəl sektor vasitəsilə həyata keçirilməsi gözlənilir. Qarabağ və Şərqi Zəngəzurda yeni iş yerlərinin artırılması məşğulluğa töhfə verəcək”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top