Azərbaycanda yeniyetmə qızlar həmcinsləri tərəfindən döyüldülər — VİDEO

HADİSƏ 05 iyl 2024, 12:42
Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

Videoda yeniyetmə qızların həmcinsləri tərəfindən döyülməsi və təhqir olunması əks olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qurumdan Demokrat.az-a bildirilib ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır:

"Görüntüdə əks olunan yeniyetmələrin şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top